DənizAselsanXəbərlər

Kamikadze tipli TUFAN suüstü İDA hədəfləri belə məhv edəcək – VİDEO

ASELSAN şirkəti kamikadze tipli TUFAN suüstü insansız dəniz aparatının (İDA) hücum fəaliyyəti ilə bağlı videoçarx paylaşıb.

“Poliqon” xəbər verir ki, ASELSAN-ın paylaşdığı yeni videoda TUFAN suüstü İDA-sının təkcə fərdi platforma kimi deyil, həm də sürü (swarm) konsepsiyası əsasında koordinasiyalı fəaliyyət göstərə bildiyi nümayiş etdirilir.

Kadrlarda aparatların yüksək sürətlə hədəfə yaxınlaşması, qarşılıqlı məlumat mübadiləsi aparması və döyüş gəmisinə sinxron hücum etməsi əks olunub. Bu konsepsiya müasir dəniz əməliyyatlarında avtonom idarəetmə, süni intellekt dəstəyi və şəbəkə əsaslı döyüş imkanlarının getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.

TUFAN-ın nümayiş etdirdiyi imkanlar gələcək dəniz döyüşlərində kamikadze tipli suüstü insansız sistemlərin ənənəvi döyüş gəmiləri üçün ciddi təhlükə elementinə çevrildiyini bir daha nümayiş etdirir.

Back to top button