
Kanadanın Müdafiə İnvestisiya Agentliyinin rəhbəri Duq Guzman və onu müşayiət edən nümayəndə heyəti Türkiyənin MKE şirkətini ziyarət edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, ziyarət çərçivəsində nümayəndə heyətinə şikrətin yerli və milli məhsul ailəsi barədə ətraflı məlumat təqdim olunub.
Həmçinin müdafiə sənayesi sahəsində potensial əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq perspektivləri geniş şəkildə müzakirə edilib.






