KARAOK TƏİR kompleksi Türkiyə Ordusunun silahlanmasına daxil olur

KARAOK TƏİR kompleksi Türkiyə Ordusunun silahlanmasına daxil olur

ROKETSAN şirkəti tərəfindən hazırlanan KARAOK (Qara ox) tank əleyhinə raket kompleksinin inkişaf mərhələsi tamamlanıb və bu ilin sonundan etibarən Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

“Poliqon” xəbər verir ki, bu barədə NTV televiziya kanalında canlı yayıma qatılan ROKETSAN şirkətinin baş direktoru Murad İkinci bildirib.

Bir əsgər tərəfindən istifadə edilən, “atdın-unutdun” prinsipi ilə işləyən KARAOK tank əleyhinə raket kompleksi üzərindəki infraqırmızı tuşlama başlığı sayəsində gecə-gündüz işləyə bilən daşınan raket sistemidir. Kompleks 125 mm-lik bir TƏİR olmaqla, orijinal və yeni nəsil quruluşu ilə seçilməklə, milli olaraq inkişaf etdirilmişdir, üstün taktiki və texniki xüsusiyyətlərə malikdir.

Kompleksdən desant-hücum, hava-desant və desant əməliyyatlarında yaxın məsafələrdə təhdidlərin dayandırılması, ləngidilməsi, istiqamətləndirilməsi və məhv edilməsi üçün istifadə olunur.

KARAOK kompleksinin əsas xüsusiyyətlərinə sabit və hərəkətli hədəflərə qarşı istifadəni, infraqırmızı özütuşlama başlığının mövcudluğunu, atışdan əvvəl və sonra hədəfə kilidlənmə imkanını, “atdın-unutdun” prinsipi ilə işləməsini, düzünə və üstdən vuruş rejiminin olmasını, gecə-gündüz və istənilən hava şəraitində tapşırıqları yerinə yetirə bilməsini, ikipilləli mühərrikini, bir dəfə istifadə olunan buraxma qurğusunu və bir nəfər tərəfindən istifadə edilməsini aid etmək olar. 125 mm çaplı KARAOK raketinin uzunluğu 1100 mm, kütləsi < 16 kq (raket + boru), atış məsafəsi 1000+ metr təşkil edir. Zirehdələn tandem döyüş başlığı ilə təchiz olunan KARAOK düzünə dəymə / üstdən dəymə rejimində işləyir.

Poliqon.az

CATEGORIES
TAGS