Aerospace
KC-390 təyyarələrinin əlavə yanacaq çənlərini Cobham hazırlayacaq

Cobham şirkəti KC-390 nəqliyyat və tanker təyyarələrinin əlavə yanacaq çənlərini hazırlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Cobham şirkəti məlumat yayıb.
Embraer şirkəti tərəfindən hazırlanmaqda olan KC-390 təyyarələrinin əlavə yanacaq çənlərinin hazırlanması üçün iki şirkət arasında 30 milyon dollarlıq müqavilə imzalanıb.
Qeyd edək ki, KC-390 təyyarəsinin 2015-ci ildə istifadəyə daxil edilməsi planlaşdırılır.



