Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun  mövqeləri atəşə tutulub

Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini, həmçinin qeyd olunan mövqelərə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”, – deyə Müdafiə Nazirliyi tərəfindən bildirilib.

00c6b63c295d849d258367a38107fcf1

CATEGORIES