Xəbərlər
Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.




