Kərim Vəliyev Özbəkistan Silahlı Qüvvələrinin Akademiyasını ziyarət edib

Kərim Vəliyev Özbəkistan Silahlı Qüvvələrinin Akademiyasını ziyarət edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Özbəkistana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzinə gələrək buranın infrastrukturu və tədris-maddi bazası ilə tanış olub.

Daha sonra Özbəkistan Silahlı Qüvvələrinin Akademiyası ziyarət olunub. General-polkovnik K.Vəliyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan nümayəndə heyətinə akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

CATEGORIES