![Kərim Vəliyev Qazaxıstanda keçirilən “Altın Kıran-2024” təlimini izləyəcək Kərim Vəliyev Qazaxıstanda keçirilən “Altın Kıran-2024” təlimini izləyəcək](https://poliqon.az/wp-content/uploads/2024/08/5-5.jpg)
Kərim Vəliyev Qazaxıstanda keçirilən “Altın Kıran-2024” təlimini izləyəcək
Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran-2024” (“Qızıl Qartal-2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
TAGS Manşet