KF-21 “Boramae” qırıcısı 1000-ci uçuş sınağını həyata keçirib

KF-21 “Boramae” qırıcısı 1000-ci uçuş sınağını həyata keçirib

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən inkişaf etdirilən KF-21 “Boramae” döyüş təyyarəsi 1000-ci uçuş sınağını həyata keçirib.

Bu barədə “Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən məlumat verib.

Qeyd edək ki, “Stealth” (gizlilik) texnologiyası əsasında hazırlanan KF-21 döyüş təyyarəsi 4.5-ci nəsil qırıcı hesab olunur. Ancaq KAI zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır. KAI tərəfindən istehsal ediləcək KF-21-lər hazırda Cənubi Koreyanın Hərbi Hava Qüvvələrində xidmət göstərən köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.

2028-ci ilə qədər Cənubi Koreya Hərbi Hava Qüvvələrinə 40 ədəd, 2028-ci ildən 2032-ci ilə qədər isə 80 ədəd (ümumilikdə 120 ədəd) KF-21 döyüş təyyarəsi təhvil verilməlidir.

Rəsmi olmayan rəqəmlərə görə bir KF-21 qırıcısının dəyəri 130-140 milyon ABŞ dolları arasında dəyişir.

CATEGORIES
TAGS