
Kiçik PUA-lar üçün yeni EO/IR kompleksi
Pilotsuz uçuş aparatları üçün elektro-optik faydalı yüklərin istehsalı sahəsində ixtisaslaşmış Latviyanın “Octopus ISR Systems” şirkəti bu gün yeni “Epsilon 140LC” kiçik ölçülü elektro-optik / infraqırmızı (EO / IR) faydalı yükünü təqdim edib.
Bu barədə “AzeriDefence” “Octopus ISR Systems” şirkətinə istinadən məlumat verib.
Kiçik ölçülü pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulmuş, kiçik ölçü, az çəki, aşağı güc və yüksək dəyəri (SWAP) özündə cəmləşdirən “Epsilon 140LC” yeni nəsil geolokasiya cihazları və müasir sensor texnologiyaları ilə birləşərək üstün performans təmin edir.
Çəkisi 1.3 kq təşkil edən “Epsilon 140LC” kompleksində yüksək dəqiqlikli 30x böyütmə qabiliyyətinə malik EO sensoru və 25 mm / F 1.0 lensi olan LWIR sensoru birləşdirilib. Bu yüksək səviyyəli inteqrasiya kiçik PUA platformalarının istehsalçılarına uyğun qiymətə yüksək keyfiyyətli və effektiv nəzarət sistemlərindən istifadə etməyə imkan verir.
“Epsilon 140LC” faydalı yükü PUA-nın burun, ya da füzelyajının alt hissəsində quraşdırıla bilər.