
KNDS və “Elbit Systems” şirkətləri “EuroPULS” yaylım atəşli reaktiv sisteminin (YARS) bazara çıxarılması məqsədilə birgə müəssisə yaradılması barədə razılığa gəliblər.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, “EuroPULS GmbH” adlandırılacaq bu birgə müəssisə hər iki şirkətin 50:50 pay bölgüsü əsasında fəaliyyət göstərəcək.
Şirkətin baş ofisi Almaniyanın Kassel şəhərində yerləşəcək və əsas diqqət Avropa ölkələrinin Silahlı Qüvvələrinin raket sistemləri sahəsində tələblərinin qarşılanmasına yönələcək.




