HavaXəbərlər

KONGSBERG ABŞ HHQ-yə əlavə JSM raketləri tədarük edəcək

Norveçin KONGSBERG şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) əlavə “Joint Strike Missile” (JSM) raketlərinin tədarükü üçün müqavilə imzalayıb.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 2,7 milyard Norveç kronu (285 milyon ABŞ dolları) təşkil edir.

Qeyd olunub ki, çatdırılmaların 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

“Hava-səth” təyinatlı JSM qanadlı raketi su və quru səthindəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. O, 5-ci nəsil döyüş təyyarəsi olan F-35 “Lightning II”nin daxili silah bölməsində daşına və buraxıla bilir ki, bu da qırıcının aşağı radar görünürlüyünü qorumasına imkan verir.

Bu günə qədər JSM raketi Yaponiya, Norveç, Avstraliya, Almaniya və ABŞ tərəfindən seçilib.

Back to top button