
“Roketsan” şirkətinin istehsal etdiyi L-OMTAS lazerlə idarəolunan orta mənzilli tank əleyhinə raket kompleksinin qəbul atış sınağı keçirilib.
“Poliqon”un “Roketsan”a istinadən verdiyi xəbər görə, sınaq zamanı hədəfi tam dəqiqliklə vuraran L-OMTAS, əməliyyat qabiliyyətini bir daha sübut edib.
Bildirilib ki, şirkət üstün hədəfləmə və zərbə imkanlarına malik sistemləri ilə Türkiyə Silahlı Qüvvələrinin döyüş meydanındakı çəkindiricilik gücünü artırmağa davam edəcək.
L-OMTAS yüksək dəqiqlikli lazer tuşlaması və zireh dələn tandem döyüş başlığı ilə əməliyyat meydanında zirehli hədəflərə qarşı mükəmməl həll təqdim edir. Atışdan əvvəl və ya sonra hədəfə kilidlənə bilən raket sistemi həm sabit, həm də hərəkətli hədəflərə qarşı effektivdir. Üçayaqlı ştativ üzərindən istifadə olunan L-OMTAS, eyni zamanda quru platformalarının qüllələrinə də inteqrasiya edilə bilər.
Texniki xüsusiyyətləri:
- Mənzil – 5.5 km
- Uzunluq – 1.75 m
- Çap – 160 mm
- Çəki – 32 kq




