Latın Amerikasında ASELSAN-ın yeni ofisi açılıb

Latın Amerikasında ASELSAN-ın yeni ofisi açılıb

Latın Amerikasında əməkdaşlığa və ixrac potensialına böyük töhfə verəcək ASELSAN şirkətinin “ASELSAN LATIN AMERICA” ofisi Çilinin Santyaqo şəhərində açılıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, ofisin açılışında Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay, ASELSAN-ın baş direktoru Ahmet Akyol, şirkət nümayəndələri və digər rəsmilər iştirak edib.

Burada çıxış edən ASELSAN-ın baş direktoru bildirib ki, şirkət strateji nöqtədə açdığı ofislə Latın Amerikası regionunda əməkdaşlıqlarını daha da inkişaf etdirməyi hədəfləyir: “Keçən il verdiyimiz qərarla bu il “ASELSAN LATIN AMERICA” ofisini açılışa hazır vəziyyətə gətirdik. Açığı, Türkiyə müdafiə sənayesinin inkişaf visionu bütün dünyada təqdirəlayiqdir. Bir komanda olaraq Milli Müdafiə Nazirliyimiz və Müdafiə Sənayesi Başqanlığımızın rəhbərliyi altında addım-addım həm texnologiya inkişaf etdirir, həm də bu texnologiyaları dost və qardaş ölkələrlə paylaşırıq”.

Latın Amerikasında həyata keçirdikləri layihələrlə bağlı danışan A.Akyol, burada helikopter və elektron döyüş sistemləri layihələrini tamamladıqlarını və hazırda quru nəqliyyat vasitələrinin daxili rabitə sistemlərinə dair işləri davam etdiririklərini vurğulayıb.

“Burada daha böyük bir layihəyə – “Leopard” tanklarının modernləşdirilməsi layihəsinə start vermişik. Əslində Türkiyə müdafiə sənayesinin Türkiyəyə görə dünyanın ən ucqar nöqtəsində belə mənalı bir layihəyə başlaması qürurvericidir”, – deyə ASELSAN şirkətinin baş direktoru qeyd edib.

CATEGORIES
TAGS