Latviya “Patria 6×6” zirehli transportyorlarını Ukraynaya təhvil verib

Latviya “Patria 6×6” zirehli transportyorlarını Ukraynaya təhvil verib

Latviya növbəti maddi-texniki yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 6×6 təkər formullu “Patria” zirehli transportyorlarını təhvil verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Latviyanın Baş naziri Evika Silinan, Ukrayna müdafiə nazirinin müavini Valeriy Çurkin, Ukrayna Quru Qoşunlarının Üçüncü Ordu Korpusunun komandiri polkovnik Andriy Biletskiy və digər şəxslər iştirak ediblər.

Tədbir zamanı Baş nazir Evika Silina bildirib ki, bu, Ukraynaya tədarükü vəd edilmiş zirehli texnikanın ilk partiyasıdır. Onun sözlərinə görə, Ukrayna ordusundan gələn geribildirimlər döyüş şəraitində texnikanın istifadəsinin nəticələrinə əsasən onun mümkün təkmilləşdirilməsi baxımından Latviya tərəfi üçün mühüm əhəmiyyət daşıyır.

Öz növbəsində çıxış edən A.Biletskiy, təqdim olunan döyüş maşınlarının Üçüncü Ordu Korpusunun ən effektiv hücum bölmələrindən birinin silahlanmasına daxil ediləcəyini vurğulayıb.

“Bu, briqadanın indiyədək aldığı ən yaxşı və bəlkə də ən yeni texnikadır. Bu maşınlar əsgərlərimizin həyatını xilas edəcək”, – deyə polkovnik qeyd edib.

CATEGORIES