Xəbərlər
Litva ABŞ-dan “Black Hawk” helikopterləri alır

Litva ABŞ-dan 4 ədəd UH-60M “Black Hawk” helikopteri almağı planlaşdırır.
“Azeri Defence”nin məlumatına görə, bu barədə Litvanın Müdafiə Nazirliyi bəyan edib.
Satınalma paketinə əlavə avadanlıqlar, ehtiyat hissələri, təlim, təmir və maddi-texniki dəstək paketi daxildir. Litva 5 il ərzində helikopterlərin alınması üçün ABŞ-a 213 milyon dollar ödəyəcək.
ABŞ Hökuməti isə əlavə olaraq layihə üçün 25 milyon dollar dəyərində dəstək verir.
“Black Hawk” helikopterlərinin ilk tədarükü 2024-cü ildə gerçəkləşdiriləcək. Yeni helikopterlər hazırda Litva Silahlı Qüvvələrinin istifadə etdiyi Mi-8T helikopterlərini əvəz edəcək
Litvanın keçmiş Sovet istehsalı olan helikopter donanması otuz yaşındadır və uçuşa yararlılığı son tarixə çatıb.




