Litva İspaniyadan minaatanlar alır

Litva İspaniyadan minaatanlar alır

Litvanın Müdafiə Nazirliyinə bağlı olan Müdafiə Avadanlıqları Agentliyi ilə İspaniyanın “EXPAL Systems” şirkəti arasında 120 mm-lik EXPAL 120-MX2-SM minaatanlarının alqı-satqısı üçün müqavilə imzalanıb.

“Poliqon” Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu minaatanların alınmasında məqsəd Ordunun atəş gücünün artırılmasıdır.

Müqaviləyə əsasən minaatanlar iki il ərzində və iki partiya şəklində Litva Ordusuna çatdırılacaq. Gələn ilin sonuna kimi minaatanların ilk partiyası Litva Ordusuna təhvil veriləcək.

EXPAL 120-MX2-SM minaatanı 1 dəqiqə ərzində atışa hazır vəzəiyyətə gətirilir və 8 kilometr uzaqlıqdakı hədəfləri məhv etmək imkanına sahibdir.

Bildirək ki, “EXPAL Systems” şirkəti 120 mm-lik minaatanlardan əlavə həm 60, həm də 81 mm-lik minaatanlar istehsal edir.

Poliqon.az

CATEGORIES
TAGS