“Lockheed Martin” şirkəti ABŞ ordusu üçün TLS-BCT REM prototiplərini yaradacaq

“Lockheed Martin” şirkəti ABŞ ordusu üçün TLS-BCT REM prototiplərini yaradacaq

ABŞ ordusu TLS (Terrestrial Layer System) proqramı çərçivəsində iki növ radioelektron mübarizə vasitəsi almaq niyyətindədir: TLS-BCT (Terrestrial Layer System-Brigade Combat Team) və TLS-EAB (Terrestrial Layer System-Echelons Above Brigade). Onların vəzifəsi pilotsuz uçuş aparatları (PUA), idarə olunmayan reaktiv və artilleriya mərmiləri, idarəetmə və uçuşa nəzarət zamanı siqnala əsaslanan raketlərə qarşı mübarizə aparmaqdır.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Lockheed Martin” şirkəti ABŞ Ordusuna briqada səviyyəli radioelektron mübarizə (REM) və kəşfiyyat platformasının yeni inteqrasiya olunmuş üç TLS-BCT prototiplərini tədarük edəcək.

Bu məqsədlə şirkət 58,8 milyon ABŞ dollarlıq müqavilə imzalayıb. Hərbiçilər TLS-BCT sistemini bir ədəd çoxməqsədli “Stryker” zirehli transportyoruna inteqrasiya etməyi planlaşdırırlar.

Qeyd etmək lazımdır ki, TLS-BCT briqada səviyyəli döyüş qruplarını müşayiət etmək üçün nəzərdə tutulub. Ondan yuxarı səviyyəli sistem isə TLS-EAB (Terrestrial Layer System-Echelons Above Brigade) olacaq. Bu sistem korpus səviyyəsində raketlərə qarşı radioelektron mübarizə vasitəsi kimi nəzərdə tutulub. O, iki ədəd FMTV “Oshkosh” ordu yük maşınında yerləşdiriləcək.

TLS-BCT sisteminin istismar sınaqlarının 2023-cü maliyyə ilinin dördüncü rübündən gec olmayaraq keçirilməsi planlaşdırılıb. Proqram əsgərləri müvafiq radioelektron mübarizə, kiber və radiotexniki kəşfiyyat ilə təmin etmək üçün təyin edilib.

Qeyd olunub ki, müasir müharibələrdə düşmən qüvvələri texnikanı susdurur, yüklənmiş efir dostu düşməndən ayırmağı çətinləşdirir. Virtual döyüş sahəsini görmək və idarə etmək döyüş tapşırığını təhlükəsiz yerinə yetirmək üçün çox vacibdir. Bunun üçün Müdafiə Nazirliyinin həll yollarından biri də “Terrestrial Layer System” (TLS) proqramıdır.

Rəsmilər TLS-BCT proqramının günümüzün getdikcə rəqəmsallaşan döyüş meydanındakı təhdidlərini məğlub etməyə kömək edəcəyini söyləyirlər.

Müasir müharibə tez-tez müttəfiqlərlə əlaqə saxlamaq, həmçinin düşməni aşkar etmək və susdurmaq üçün istifadə olunan elektromaqnit spektrinə nəzarət ətrafında dövr edir. Radiotexniki kəşfiyyat, radioelektron mübarizə və kiberməkan əməliyyatlarının yeni inteqrasiya olunmuş dəsti döyüşçüyə kritik situasiya məlumatlığını təmin edir.

Elan edilmiş sövdələşmə irəliyə doğru atılan son addımdır və “Lockheed Martin” şirkətinin bu istiqamətdə növbəti qələbəsini qeyd edir.

d1 4

TLS-BCT proqramına uyğun olaraq “Stryker” zirehli avtomobilin bazasında REM konsepsiyası

d2 4

TLS-BCT proqramına uyğun olaraq “Stryker” zirehli avtomobilin bazasında REM konsepsiyası

d3 4

TLS-BCT proqramına uyğun olaraq “Stryker” zirehli avtomobilin bazasında REM konsepsiyası

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS