Lockheed Martin şirkəti GMLRS-i təkmilləşdirir
Lockheed Martin şirkəti GMLRS (Guided Multiple Launch Rocket System) reaktiv yaylım atəş sisteminin yeni versiyasını hazırlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə aprelin 24-də Lockheed Martin şirkəti məlumat yayıb.
Şirkət GMLRS-in təkmilləşdirilmiş yeni versiyasının yaradılması üçün Pentaqonla 79,4 milyon dollar dəyərində müqavilə imzalayıb. Yeni versiya yeni mərmilərdən atəş açacaq.
Müqavilə üzrə işlər 36 ay davam edəcək.
KATEQORIYA: Müdafiə