“Luç” Bürosu yenu zərbə PUA yaradıb

“Luç” Bürosu yenu zərbə PUA yaradıb

“Luç” Kiyev Dövlət Konstruktor Bürosu öz vəsaiti hesabına “Sokil-300″ zərbə pilotsuz uçuş aparatını (PUA) yaradıb.

“Poliqon”un “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən yerli zərbə-kəşfiyyat PUA layihələndirilməsi davam etdirilir.

İstehsalçının fikrincə, kompleks kəşfiyyat aparmaq, düşmənin əməliyyat və taktiki dərinliklərində yerləşən döyüş texnikalarına yüksək dəqiqliklə idarə olunan silahlarla zərbə endirmək üçün nəzərdə tutulub. PUA 10 km-ə qədər atış mənzilinə malik RK-2P raketli tank əleyhinə idarə olunan silah kompleksi ilə təchiz edilib.

Qeyd edək ki, Ukraynanın ilk yerli zərbə pilotsuz uçuş aparatı layihəsinin rəsmi təqdimatı 6 noyabr 2020-ci il tarixində keçirilib.

Əsas xassələri:
– qanad açıqlığı – 14 m
– PUA uzunluğu – 8.57 m
– kütləsi, kq:
boş – 535 / 530 / 420
maksimal qalxma – 1225 / 1220 / 1130
– mühərrikin tipi – 1 x MS-500V-05S/CE və ya Aİ450 T2 və ya Rotax 914
– maksimal uçuş sürəti – 580 km/saat
– kreyser uçuş sürəti – 335 km/saat
– uçuş müddəti – 5 saat
– uçuş məsafəsi, km:
MS-500V-05S/CE ilə – 1000
Aİ450T2 ilə – 1300
Rotax 914 ilə – 3300
– radiorabitə ilə fəaliyyət məsafəsi – 150 km
– retranslyator ilə fəaliyyət məsafəsi – 300 km
– faydalı yükün kütləsi – 300 kq
– idarəetmə sistemi – İNS + GPS + ərazinin xəritəsi.

FB IMG 1617339142662

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS