Xəbərlər

Mədət Quliyev Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdikarimovu qəbul edib.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinən məlumat verilib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycanın Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Səfir Serjan Abdikarimov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Back to top button