M-346FA döyüş təyyarəsi “Grifo” radarı ilə ilk uçuş sınaqlarını keçirib

İtaliyanın “Leonardo” Korporasiyası tərəfindən istehsal edilən M-346FA “Fighter Attack” yüngül döyüş təyyarəsi “Grifo” radarı ilə təchiz edilib.
Bu barədə “AzeriDefence” “Leonardo” Korporasiyasına istinadən məlumat verib.
M-346FA döyüş təyyarəsi “Leonardo” şirkətinin hazırladığı “Grifo” çoxrejimli atəş nəzarət radarı ilə ilk uçuş sınaqlarını keçirib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, M-346FT (Fighter Trainer) və M-346AJT (Advanced Jet Trainer) təyyarə konsepsiyasının əsasında yaradılan M-346FA döyüş təyyarəsinin “Grifo” radarı ilə uçuş sınaqları uğurla nəticələnib.
Təyyarə xarici asmada “hava-səth”, “hava-hava” raketləri və taktiki kəşfiyyat missiyaları üçün avadanlıqlar daşıya bilir.
Məlumatda o da qeyd olunub ki, M-346FA təyyarələrinin “Litening 5” multispektral hədəfləmə sistemləri ilə təchiz edilməsi bu döyüş təyyarəsinə yüksək avantaj qazandıracaq.





