Macarıstan lisenziya əsasında İl-103 təyyarəsi istehsal edəcək

Macarıstan lisenziya əsasında İl-103 təyyarəsi istehsal edəcək

Rusiyanın “İlyuşin” və Macarıstanın “Aviation Engineering Zrt” şirkəti Macarıstanda İl-103 təyyarəsinin modernləşdirilməsi və lisenziyalı istehsalı üçün müqavilə imzalayıb.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, müqaviləni İl-in icraçı direktoru Sergey Yarkovoy və “Aviation Engineering Zrt”nin baş direktoru Laslo Boros imzalayıb.

Təkmilləşdiriləcək İl-103 müştəri istəyinə uyğun olaraq təlim, xüsusi istifadə, təcilli tibbi yardıma ehtiyacı olanların, həmçinin keçilməsi çətin olan ərazilərə yüklərin daşınması, patrul xidməti və s. məqsədlə istifadə edilə biləcək universal platforma olacaq.

df142e38d18227d137755a81e9ac0d6d

CATEGORIES
TAGS