Azərbaycan və Mərakeş müdafiə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Mərakeş müdafiə sahəsində hərbi əməkdaşlıq edəcək.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
CATEGORIES Xəbərlər