MAESTRAL müəssisəsi BƏƏ HDQ-yə texniki xidmət və logistika dəstəyi göstərəcək

MAESTRAL müəssisəsi BƏƏ HDQ-yə texniki xidmət və logistika dəstəyi göstərəcək

“EDGE Group” və “Fincantieri” şirkətlərinin birgə müəssisəsi olan MAESTRAL, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələrinə (HDQ) texniki xidmət və logistika dəstəyi göstərəcək.

“Poliqon” “EDGE Group”a istinadən xəbər verir ki, bununla bağlı IDEX-2025 sərgisində tərəflər arasında 500 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, MAESTRAL müsəssisəsi beş il müddətində BƏƏ HDQ üçün texniki xidmət və logistika dəstəyi təmin edəcək.

CATEGORIES