
Malayziya Müdafiə Nazirliyinin siyasət üzrə məsul baş katib müavini Datuk Mohd Yani bin Daud və rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin MKE şirkətini ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə MKE şirkəti məlumat yayıb.
Bildirilib ki, ziyarət çərçivəsində MKE istehsalı “TOLGA” yaxın hava hücumundan müdafiə sistemi başda olmaqla, yüksək texnologiyalı sursat və silah sistemləri ilə bağlı səmərəli görüşlər keçirilib.







