QuruXəbərlər

MAP DUAL platforması atış sınağından uğurla keçib

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti PMT-76 pulemyotunun inteqrasiya edildiyi MAP DUAL platformasının atış sınağını uğurla tamamlayıb.

Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.

Bildirilib ki, fərqli silah sistemlərinin tək bir platformada istifadəsinə imkan verən MAP DUAL, quru və dəniz vasitələrində istismar üçün hazırlanıb. Asan quraşdırma, sürətli silah dəyişimi və modul arxitekturası sayəsində sahədə müxtəlif istifadə tələblərinə tez uyğunlaşa bilir.

Yüksək hərəkət qabiliyyəti təmin edən MAP DUAL, 360 dərəcə fırlanma imkanına və geniş atış bucaqlarına malikdir ki, bu da müxtəlif hədəflərə qarşı effektiv istifadə imkanı yaradır. Geri təpməyə nəzarət sistemləri ilə dəstəklənən quruluşu sayəsində hərəkətli platformalarda da sabit performans göstərir və müxtəlif pulemyotlar və avtomatik qumbaraatanlarla tam uyğun şəkildə işləyə bilir.

MAP DUAL-ın ehtiyac yarandıqda eyni anda iki pulemyotla fəaliyyət göstərə bilməsi istifadəçilərə daha intensiv və fasiləsiz atəş dəstəyi təmin edir. PMT-76 ilə aparılan sınaq atışlarında ikili silah istifadə qabiliyyətini uğurla nümayiş etdirən MAP DUAL, eyni vaxtda iki pulemyotdan atəş açaraq hədəfə yönəldilən sursat miqdarını və atəş intensivliyini iki dəfə artırır.

Xüsusilə, sərhəd təhlükəsizliyi, kritik obyektlərin mühafizəsi, baza bölgələrinin müdafiəsi və sahil təhlükəsizliyi kimi müxtəlif sahələrdə istifadə oluna bilən MAP DUAL, tək bir platforma vasitəsilə çoxşaxəli vəzifələrin icrasına imkan yaradır.

Back to top button