Mədət Quliyev Qazaxıstanın nümayəndə heyətini qəbul edib
Müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanda səfərdə olan Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Adlbek Sarsembayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi, hərbi-texniki sahədə perspektiv əməkdaşlıq sahələrinin öyrənilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Qazaxıstan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.
Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Adlbek Sarsembayev Qazaxıstan-Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.
Görüş Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.