SAHA EXPO-2024: “Meteksan Savunma” şirkətinin HELRAD radar sistemi debüt edib

SAHA EXPO-2024: “Meteksan Savunma” şirkətinin HELRAD radar sistemi debüt edib

“Meteksan Savunma” şirkəti fırlanan qanadlı platformalarda dənizdə kəşfiyyat və müşahidənin aparılması üçün nəzərdə tutulmuş yeni HELRAD radar sistemini ilk dəfə SAHA EXPO-2024 təqdim edir.

Bu barədə “Poliqon”a “Meteksan Savunma” şirkətindən məlumat verilib.

Bildirilib ki, HELRAD, bir çox fərqli sahədə yerli və milli həllər inkişaf etdirən “Meteksan Savunma”nın radar sistemləri sahəsindəki təcrübəsinin nəticəsi kimi önə çıxır.

HELRAD, dəniz təhlükəsizliyini artırmaq üçün dizayn edilən, qabaqcıl radar texnologiyası və unikal xüsusiyyətləri ilə diqqət çəkən yeni nəsil helikopter radarıdır. Radar su üzərində aşkarlananları avtomatik identifikasiya sistemindən (AİS) gələn məlumatlarla uyğunlaşdıraraq onları kontakt halına gətirir və marşrut və sürət məlumatları ilə birlikdə 200-ə qədər kontaktın avtomatik izlənməsini təmin edir. Bu xüsusiyyəti ilə HELRAD dəniz təhlükəsizliyi, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya çərçivəsində yerüstü elementləri izləməkdə Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə qüvvələrinin yeni güc faktoru olacaq.

İlk olaraq Türkiyə Sahil Mühafizəsi Komandanlığının helikopterləri üçün hazırlanmış HELRAD istifadəçinin ehtiyaclarına və platformanın məhdudiyyətlərinə uyğun olaraq helikopterlərdə fərqli yerləşmə alternativləri üçün fərdiləşdirilə bilən bir quruluşda dizayn edilib.

Operator konsolunda göstərilən və AİS məlumatı olmayan kontaktları süzgəcdən keçirərək şübhəli olaraq müəyyənləşdirən, beləliklə də dənizdə baş verən hər cür təhlükənin sürətli və effektiv şəkildə aşkarlanmasını təmin edən HELRAD son istifadəçi ehtiyaclarını qarşılaya bilmək üçün müxtəlif istifadə variantlarını da özündə ehtiva edir:

  • Kiçik Hədəfin Aşkarlanması: Dənizdə kiçik hədəflərin aşkarlanması
  • Qısa Mənzil: qısa məsafələrdə ətraflı izləmə
  • Uzun Mənzil: Geniş ərazini əhatə etməklə geniş miqyaslı müşahidə
  • Hava Vəziyyətinin Aşkarlanması: Hava proqnozunu izləmək

HELRAD “Çox Sektorun Bağlanması” xüsusiyyəti ilə yalnız müvafiq ərazilərə yayım edə, habelə quru kütlələri kimi səth obyektlərini aşkarlamaq və vizuallaşdırmaq üçün ərazi xəritəsini də təmin edə bilər. MIL-STD standartlarına uyğun olaraq ixtisaslaşdırılmış HELRAD sərt dəniz şəraitində etibarlı və effektiv işləmək üçün dizayn edilib.

“Meteksan Savunma”nın baş direktoru Adil Baktır HELRAD ilə bağlı verdiyi açıqlamada bu radar sistemini əhəmiyyətini vurğulayıb: “HELRAD sahillərimizin təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulmuş sistemdir və qabaqcıl radar texnologiyası və asan istifadə xüsusiyyətləri ilə seçilir.

İnanırıq ki, HELRAD avtomatik kontakt izləmə və şübhəli aşkarlama xüsusiyyətləri ilə dəniz təhlükəsizliyinin təmin edilməsində yerli radar həlli kimi iqtisadi səmərəlilik və texniki xidmətin asanlığı baxımından inqilab edəcək. O, fırlanan qanadlı platformalarda fəaliyyət göstərən komandaların işini asanlaşdıracaq və sahillərimizdə daha təhlükəsiz mühitin yaradılmasına  kömək edəcək. “Meteksan Savunma” olaraq mavi vətənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım atdığımıza inanırıq”.

CATEGORIES
TAGS