MiG-35-lərin AFAR-ı hazır
Rusiyanın “Fazotron-NİİR” korporasiyası MiG-35 təyyarələri üçün aktiv fazalı antenli perspektiv radiolokasiya stansiyasının (AFAR) hazırlanmasını qurtarıb. Bu barədə “AzeriDefence” Rusiyanın hərbi nəşrlərinə istinadən məlumat verib.
RLS-in gələn il istehsalı və sınaqlarının keçirilməsi planlaşdırılır. Şirkətin istehsalı olan AFAR MiG-29M2 ikiyerli döyüş təyyarələrində sınaqdan çıxarılacaq. AFAR 1000-dən bir qədər çox kanala malik olacaq. RLS 200 km-ə qədər uzaqda hədəfləri aşkarlaya, 60 hədəfi eyni anda müşayiət etməyə imkan verəcək.
Rusiya mətbuatında yer alan məlumatlara görə, AFAR “Juk-A” radarının əsasında hazırlanıb.
KATEQORIYA: Aerospace