
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “ASELSAN Bakü” şirkətini ziyarət edib.
“ASELSAN Bakü”dən “Poliqon”a verilən məlumata görə, ziyarət zamanı universitetin həyata keçirəcəyi layihələr, Türkiyə-Azərbaycan universitetləri ilə əməkdaşlıqlar, fakültələr və tələbələr haqqında ətraflı məlumat təqdim olunub.
Eyni zamanda, görüş əsnasında “ASELSAN Bakü”nün icraçı direktoru Özgür Kürüm ilə gələcəkdə mümkün ola biləcək universitet-sənaye əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, “ASELSAN Bakü” şirkəti bu kimi görüşlərin gələcək əməkdaşlıqların möhkəmlənməsi üçün töhfə verəcəyinə inanır.











