
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC 20-23 aprel tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən “Defence Services Asia 2026” (DSA-2026) sərgisində stendlə iştirak edir.
“Poliqon” xəbər verir ki, sərgidə MİRAS müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalara əsaslanan servis, inteqrasiya, texniki qulluq və təmir xidmətləri üzrə imkanlarını təqdim edir.
DSA-2026 çərçivəsində MİRAS-ın bir sıra beynəlxalq tərəfdaşlarla görüşlər keçirməsi də nəzərdə tutulur.






