SənayeXəbərlər

MİRAS və DEARSAN şirkətləri arasında görüş keçirilib

Azərbaycanın “MİRAS Hərbi Sənaye Şirkəti” MMC ilə Türkiyənin DEARSAN şirkəti arasında işgüzar görüş keçirilib.

“Poliqon”un xəbərinə görə, görüş zamanı mövcud əməkdaşlığın inkişafı, həyata keçirilən layihələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün MİRAS və DEARSAN şirkətləri tərəfindən yaradılmış birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə suüstü insansız dəniz aparatları (İDA) istehsal edilir.

Xatırladaq ki, sentyabrın 6-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinə ziyarəti çərçivəsində Prezident İlham Əliyevə birgə istehsalat sahəsində hazırlanan SALVO silahlı İDA-ları və KAYRA kamikadze İDA-larının təyinatı, eləcə də taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Back to top button