
ADEX-2026 sərgisində Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi Sənaye Şirkəti” MMC ilə Türkiyənin MKE şirkətinin Azərbaycandakı törəməsi olan MKA arasında BMP-1 modernizasiyası (BMP-1TA TURAN) və birgə müdafiə sənayesi layihələrinə dair Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” xəbər verir ki, imza mərasimi Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun iştirakı ilə keçirilib.






