Misir Cənubi Koreyadan təyyarə və tank əleyhinə raketlər almaq istəyir

Misir Cənubi Koreyadan təyyarə və tank əleyhinə raketlər almaq istəyir

Cənubi Koreya və Misir arasında FA-50 yüngül hücum təyyarələri və tank əleyhinə raketlərin ixracı ilə bağlı danışıqlar müsbət şəkildə irəliləyir.

“Poliqon” xəbər verir ki, bunu Misirin Cənubi Koreyadakı səfiri Xalid Əbdülrəhman “Yonhap” xəbər agentliyinə müsahibəsində deyib.

“FA-50 yüngül hücum təyyarələri və tank əleyhinə raketlərin ixracı imkanlarına dair danışıqlar ümid vericidir və düzgün istiqamətdə gedir. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini əks etdirir”, – deyə X.Əbdülrəhman qeyd edib.

Cənubi Koreya hökuməti Yaxın Şərqdəki hərbi güclərdən biri olan Misirə FA-50 təyyarələri də daxil olmaqla, müdafiə təyinatlı məhsulları ixrac etmək üçün böyük səylər göstərir. Ötən ay Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramları Agentliyinin (DAPA) direktoru Seok Jong-gun yerli müdafiə sənayesinin nümayəndələri ilə Misirə səfər edib.

Səfir bildirib ki, qabaqcıl müdafiə texnologiyasına sahib Cənubi Koreyanın artıq öz sənaye infrastrukturu və insan resurslarına malik olan Misirə müdafiə sənayesini lokallaşdırmaqda kömək etməsi xüsusilə diqqətə layiqdir.

CATEGORIES