Misirdə “Temsah 3” zirehli avtomobillərinin istehsalına başlanıb

Misirdə “Temsah 3” zirehli avtomobillərinin istehsalına başlanıb

ABŞ istehsalı HMMWV ordu yolsuzluq zirehli avtomobili Misirdə yeni görünüşə sahiblənib.

“Poliqon”un məlumatına görə, misirlilər tərəfindən hazırlanmış “Temsah 3” yüngül təkərli zirehli avtomobili 200 nömrəli tank zavodunda kütləvi istehsal mərhələsinə keçib.

Qeyd edək ki, “Temsah 3” zirehli avtomobili ilk dəfə Misirin paytaxtı Qahirədə keçirilən EDEX-2018 (Egypt Defense Expo) birinci beynəlxalq silah sərgisində təqdim edilib. Ümumi çəkisi 6,4 ton və faydalı yükü 1,4 ton olan tam ötürücülü avtomobil 205 at gücünə malik 6,5 litrlik AMG turbodizel mühərriki ilə HMMWV şassisi üzərində qurulub. Maksimal 110 km/saat sürətlə hərəkət edir və bir çən yanacaqla 440 km-dən çox məsafəni qət edir.

“Temsah 3” zirehli avtomobilində iki nəfər heyət üzvü və dörd nəfər desant yerləşdirə bilir.

Temsah maşınlarının əvvəlki versiyaları ilə müqayisədə, “Temsah 3″ün klirensi təxminən 40 sm-dir ki, bu da daha ağır maşınların klirensinə bərabərdir. Zirehli maşının təsvirində enerjiuducu oturacaqların  da olduğu qeyd olunur, baxmayaraq ki, minalardan qorunma səviyyəsi barədə məlumat verilmir.

Avtomobil 360° fırlanan qüllə və ya uzaqdan idarə olunan silah stansiyası ilə təchiz oluna bilər.

Xatırladaq ki, Misir Hərbi Sənaye Nazirliyi “AM General” şirkəti ilə 2021-ci ilin iyun ayında HMMWV şassisinin yerli istehsalı üçün müqavilə imzalayıb. Bu addım yerli istehsal olan komponentlərin, xüsusən də “Temsah 3” maşınlarının istehsalında payını artırmaq üçün atılıb.

Yüngül və manevrli “Temsah 3” zirehli avtomobilləri, kəşfiyyat tapşırıqları və quru qoşunlarına dəstək üçün nəzərdə tutulub. Bu maşınlar ilk növbədə Misir ordusunun ehtiyaclarına yönəlib və Malidəki Misir sülhməramlıları tərəfindən də istifadə olunacaq.

temsah1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS