MKE 76/62 mm dəniz topunu TCG BEYKOZ korvetinə inteqrasiya edib

MKE 76/62 mm dəniz topunu TCG BEYKOZ korvetinə inteqrasiya edib

Türkiyənin “Makina və Kimya Sənayesi” (MKE) şirkəti tərəfindən milli imkanlarla hazırlanmış 76/62 mm dəniz topu TCG BEYKOZ korvetinə inteqrasiya edilib.

MKE şirkətindən “Poliqon”a verilən məlumata görə, TCG BEYKOZ korvetinə inteqrasiya edilmiş 76/62 mm dəniz topunun yaxın günlərdə atış sınaqları keçiriləcək.

Bildirilib ki, Türkiyə uzun müddətdir tətbiq edilən embarqolar səbəbiylə bütün dünya donanmalarının əvəzedilməz elementi və döyüş gəmilərinin vurucu gücü olan 76/62 mm dəniz topunu təmin edə bilmirdi. Bu mühüm silah üçün Türkiyənin xaricdən asılılığına son qoymaq məqsədi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə MKE şirkəti Milli Dəniz Topunun (MDT) yaradılmasına başlayıb. MKE-nin rəhbərliyi altında özəl sektor əməkdaşlığı ilə 12 aya kimi qısa bir müddətdə araşdırma-inkişaf (Ar-Ge) işləri tamamlanaraq 76/62 mm dəniz topu milliləşdirilib. Bu çərçivədə təqribən 17 min hissədən ibarət olan və tamamilə milli vasitələrlə istehsal edilərək yığılan 76/62 mm Milli Dəniz Topunun istehsalı qısa müddətdə həyata keçirilib.

MDT gəmi artilleriya qurğusu hal-hazırda istifadə olunan dəniz topu sistemlərindən fərqli şəkildə yerli və milli olaraq inkişaf etdirilən rəqəmsal idarəetmə sisteminə malikdir. 76 mm çaplı MDT gəmi artilleriya qurğusu hava, quru və dəniz hədəflərinə qarşı təsirlidir. Yeni 76/62 dəniz topunun atış məsafəsi 16 km-dir. Top 5 fərqli atış rejimi ilə dəqiqədə 10, 20, 40, 60 və 80 atəş açmaq qabiliyyətinə malikdir. Beləliklə, maksimal atış tempi dəqiqədə 80 atəş təşkil edir.

76/62 dəniz topunu sursat təchizatı sistemi ilə avtomatik doldurularaq gəminin içindən idarə oluna bilən topun hündürlük dəyərləri, rəqəmsal idarəetmə ekranları sayəsində anbaan izlənilə bilər.

Dəniz topunun lüləsinin çapı 76 mm, uzunluğu isə 4700 mm-dir. Lülə su ilə soyutma sisteminə malikdir. Silah sisteminin kütləsi döyüş sursatı olmadan 7500 kq və döyüş sursatı ilə birlikdə 8500 kq civarındadır. Sistem 70 dəst atəş yığımı tutan fırlanan konveyerə malikdir.

MKE-nin 76 mm çaplı dəniz topunun MİLGEM kimi platformalarda istifadə edilməsi planlaşdırılıb. Bununla, Türkiyə dəniz topu istehsal edə bilən dünyanın 8-ci ölkəsi olacaq.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş