
Türkiyənin MKE şirkəti müxtəlif hərbi təyinatlı məhsulların növbəti partiyasını sifarişçilərə təhvil verib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, 3-cü Hava Təmir Zavodu Müdirliyinə alışdırıcı qurğular, detonatorlar və astarlayıcılar təhvil verilib.
Bununla yanaşı, MKE müdafiə sənayesi sahəsində fəaliyyət göstərən tərəfdaş qurumlara qaz maskalarının növbəti partiyasını da çatdırıb.
Beləliklə, MKE şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarını yerli istehsal olan hərbi təyinatlı məhsullarla təmin edərək müdafiə sənayesinin inkişafına və ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.




