
MKE istehsalı məhsullar yerli və xarici sifarişçilərə çatdırılıb
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən müxtəlif say və kalibrlərdə olan məhsullar müştərilərə çatdırılıb.
Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.
Bildirilib ki, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
Son bir həftə ərzində MKE tərəfindən yerli müştərilərə aşağıdakı məhsullar çatdırılıb:
- Quru Qoşunları Komandanlığına: MPT-76 avtomatı, 120 və 81 mm-lik minaatan mərmiləri, 105 mm-lik təlim mərmisi, 155 mm-lik sursatlar üçün partlayıcı barıt, 105 mm ilə 203 mm arasındakı sursatlar üçün tapalar, 20 mm və 7.62 mm-lik sursatlar.
- Hərbi Dəniz Qüvvələri Komandanlığına: 12.7 mm-lik sursat.
- Jandarma Baş Komandanlığına: 5.56 mm-lik patron.
- Müdafiə Sənayesi Komitəsinə: 120 mm-lik tank mərmisi.
- ASELSAN şirkətinə: 35 mm-lik qəlpəli sursat.
- STM şirkətinə: 9 mm-lik patron.
- SSTEK şirkətinə: 40 mm-lik qumbaraatan sursatı.
- Müdafiə sənayesi şirkətlərinin və mülki bazarın tələbinə uyğun olaraq patron və barıt.
Xarici müştərilərə:
- 155 mm-lik artilleriya mərmisi, partlayıcı barıt, detonator və artilleriya tapası.
- Özbəkistana: 5.56 mm-lik qlobal standartlı barıt.
TAGS Manşet

















