QuruXəbərlər

MKE istehsalı yeni silah və sursatlar Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb

MKE şirkəti tərəfindən son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesi qurumlarına müxtəlif silah, sursat və avadanlıqlar təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu çərçivədə Türkiyə Quru Qoşunları Komandanlığına 5,56 mm-lik patronlar və MPT-76MH avtomatları təqdim olunub.

Həmçinin Türkiyə Müdafiə Sənayesi Komitəsinə 5,56 mm-lik patronlar və 155 mm-lik modul barıt sistemi təhvil verilib.

Bundan başqa, müdafiə sənayesi tərəfdaşlarına “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar və “Nefes” qaz maskaları çatdırılıb.

Back to top button