
MKE-nin kamikadze tipli yeni PİRANA insansız kateri xidmətə hazırdır
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən kamikadze tipli yeni PİRANA insansız kateri xidmətə hazırdır.
Bu barədə “Poliqon” “Makine ve Kimya Endüstrisi” şirkətinə istinadən xəbər verib.
Qeyd olunub ki, düşmənin aşkarlanmış dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulan PİRANA, MKE-nin qabaqcıl texnologiyaya malik döyüş başlığı və tapa dizayn qabiliyyəti ilə istehsal edilib.
Kamikadze tipli insansız kater asimmetrik müharibə şəraitində istifadəçiyə az xərcli və yüksək təsirli həll təklif edir. Avtonom şəkildə fəaliyyət göstərə və ya uzaqdan idarə oluna bilən PİRANA, hədəfə çırpılaraq partlayır. Bu sayədə düşmən gəmilərinə ciddi ziyan vurur və donanma üçün effektiv hücum imkanı yaradır. O, həmçinin limanlara və hərbi bazalara sızma qabiliyyətinə də malikdir.