
MKE şirkətinin MOD184 çoxməqsədli tapası seriyalı istehsala hazırdır
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyənin ilk çoxməqsədli tapasını kvalifikasiyadan keçirərək seriyalı istehsala hazır vəziyyətə gətirib.
“Poliqon” MKE-yə istinadən xəbər verir ki, 105 mm-dən 203 mm-ə qədər olan artilleriya sistemlərində istifadə oluna bilən çoxməqsədli tapa, hədəfin xüsusiyyətlərinə uyğun olaraq proqramlaşdırılır və bununla da sursatın təsir gücünü artırır.
Qeyd olunub ki, dəqiq zərbə, gecikmə, zamanlama və yaxınlaşma funksiyalarının hamısına sahib olan Mod184, əməliyyat bölmələrinə çeviklik və logistika üstünlüyü təmin edir.