
“Lyut” yerüstü robotunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Lyut” yerüstü robotunu kodlaşdıraraq Silahlı Qüvvələrin bölmələrində istismarına icazə verib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Lyut”, çətin şəraitdə geniş spektrli tapşırıqların yerinə yetirilməsi, xüsusən də bölmələrin hərəkətlərinə nəzarət edilməsi və onlara atəş dəstəyinin göstərilməsi üçün nəzərdə tutulub.
Qeyd olunub ki, “Lyut” robotu real döyüş şəraitində sınaqdan keçirilib. Gecə-gündüz hədəfləri aşkarlayıb vura bilən robot 7.62 kalibrli pulemyot və əlavə avadanlıqla silahlandırılıb. O, olduqca yığcamdır və səssiz işləyə bilməsi üçün elektrik mühərriki ilə təchiz olunub. Kifayət qədər yüksək klirensə malik “Lyut” çətin relyefli ərazidə yüksək hərəkət qabiliyyəti təmin edir.