QuruXəbərlər

MKE son bir ayda yerli və xarici müştərilərinə çoxsaylı müdafiə məhsulları təhvil verib

MKE şirkəti son bir ay ərzində başda Türkiyə Silahlı Qüvvələri olmaqla təhlükəsizlik qüvvələri, müdafiə sənayesi tərəfdaşları və xarici müştərilər üçün geniş həcmdə müdafiə məhsullarının çatdırılmasını həyata keçirib.

MKE-dən “Poliqon”a bildirilib ki, son bir ay ərzində müştərilərə müxtəlif say və çaplarda aşağıdakı məhsullar çatdırılıb:

  • 62 mm, 9 mm və 20 mm-lik sursatlar;
  • 40 mm-lik qumbaraatan sursatı;
  • 60 mm-lik minaatan sursatı;
  • 105 mm-lik tank sursatı;
  • 107 mm-lik raket;
  • 120 mm-lik minaatan sursatı;
  • MPT-76MH avtomatı;
  • Elektrikli zirehli personal daşıyıcısı (E-ZPT);
  • Müxtəlif xüsusiyyətlərə malik artilleriya alışdırıcıları;
  • 155 mm-lik haubitsa sursatı üçün atıcı barıt;
  • Mina sahələrində keçid açma sistemi (TAMGEÇ);
  • Rəngli tüstü qutuları.

Bununla yanaşı, MKE müdafiə sənayesi üzrə tərəfdaşlarına da bir sıra məhsullar təhvil verib. Bunlara 2.75 düymlük raketlərin döyüş başlıqları və mühərrik komplektləri, “Fırtına” özüyeriyən artilleriya qurğuları (ÖAQ) üçün avadanlıqlar, “Panter” ÖAQ-ın silah sistemi, GÖKDENİZ 35 mm-lik yaxın hava hücumundan müdafiə silah sistemi, ehtiyat hissələri və PMT-76 platforma pulemyotu daxildir.

Şirkət həmçinin beynəlxalq öhdəliklərini də yerinə yetirərək Filippinə 20 mm çaplı sursatların çatdırılmasını uğurla həyata keçirib.

Back to top button