MN: Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır

MN: Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır

Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Türkiyə ərazisinə edilmiş raket hücumu ilə bağlı yaydığı bəyanat deyilir.

“Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə bəyanatda qeyd olunur.

CATEGORIES