MN: Buzdux və digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tədbirlər icra edilir

MN: Buzdux və digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tədbirlər icra edilir

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS