MN: Ermənistan silahlı qüvvələri Laçında şərti sərhəddə ekskavatorumuzu atəşə tutub

MN: Ermənistan silahlı qüvvələri Laçında şərti sərhəddə ekskavatorumuzu atəşə tutub

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES