MN: Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi top və minaatanlardan atəşə tutmaqda davam edir

MN: Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi top və minaatanlardan atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

Əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarətindədir.

Poliqon.az

CATEGORIES