MN: Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib – VİDEO

MN: Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib – VİDEO

Azərbaycanın Prezidenti İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib.

“Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.

Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir”, – deyə Müdafiə Nazirliyi tərəfindən qeyd olunub.

Poliqon.az

CATEGORIES