MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti Azərbaycan Ordusu bölmələrinin nəzarəti altındadır.

Müdafiə Nazirliyindən bildirilir ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Poliqon.az

CATEGORIES